AZ RU EN
Facebook Instagram YouTube

Aktiv həyat və sağlam qidalanma

AKTİV HƏYAT VƏ SAĞLAM QİDALANMA

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərimizin sağlam həyat tərzi formalaşdırmasını onların hərtərəfli inkişafının ən vacib hissələrindən biri hesab edirik. Biz inanırıq ki, sağlam qidalanma və aktiv həyat tərzi uşaqların həm fiziki, həm zehni, həm də emosional inkişafında mühüm rol oynayır.

Mərkəzimizdə fəaliyyət göstərən öz katerinq xidmətimiz tərəfindən hər gün yerində və tam gigiyenik şəraitdə sağlam qidalar hazırlanır. Şagirdlərimizə gün ərzində 3 dəfə — səhər yeməyi, nahar və ara yeməyi təqdim olunur. Hazırlanan bütün menyular həkim nəzarəti altında tərtib edilir və uşaqların yaş xüsusiyyətlərinə, gündəlik enerji ehtiyaclarına və balanslı qidalanma prinsiplərinə uyğun şəkildə seçilir. Məqsədimiz şagirdlərimizin sağlam, enerjili və yüksək motivasiyalı şəkildə inkişaf etmələrini təmin etməkdir.

Bununla yanaşı, Mərkəzimizdə uşaqların aktiv həyat tərzini dəstəkləmək və onları idmana həvəsləndirmək üçün geniş imkanlar yaradılmışdır. Şagirdlərimizin istifadəsinə müasir üzgüçülük hovuzu, idman meydançaları və geniş park ərazisi təqdim olunur. Bu məkanlar uşaqların həm fiziki fəaliyyətlərini artırmalarına, həm də sağlam sosial mühitdə vaxt keçirmələrinə şərait yaradır.

Bizim üçün sağlam həyat tərzi yalnız gündəlik vərdiş deyil, gələcək uğurun və xoşbəxt həyatın təməlidir. Buna görə də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərimizin sağlam, aktiv və xoşbəxt fərdlər kimi yetişməsinə xüsusi önəm veririk.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.