XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, özünüifadə bacarıqlarının gücləndirilməsi və estetik dünyagörüşünün formalaşdırılması məqsədilə müxtəlif yaradıcılıq və incəsənət fəaliyyətləri təşkil olunur.
Mərkəzdə fəaliyyət göstərən DreamLab-lego otağı şagirdlərin təxəyyülünü, yaradıcı düşünmə bacarıqlarını, problem həll etmə və komanda ilə işləmə vərdişlərini inkişaf etdirmək üçün xüsusi olaraq təşkil edilmiş mühitlərdir. Bu məkanlarda keçirilən fəaliyyətlər uşaqların öz ideyalarını sərbəst şəkildə ifadə etmələrinə, yeni layihələr hazırlamalarına və yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirmələrinə şərait yaradır.

Bununla yanaşı, şagirdlərdə incəsənətə marağın artırılması, onların estetik zövqünün formalaşdırılması və bədii bacarıqlarının inkişaf etdirilməsi məqsədilə rəsm, tətbiqi sənət, musiqi və digər yaradıcılıq istiqamətlərində müxtəlif dərslər və tədbirlər təşkil olunur. Bu fəaliyyətlər şagirdlərin fərdi istedadlarını üzə çıxarmağa, özünəinam hissini gücləndirməyə və hərtərəfli inkişaflarına dəstək olmağa xidmət edir.
Yaradıcılıq və incəsənət fəaliyyətlərinin əsas məqsədi şagirdlərə özlərini sərbəst ifadə edə biləcəkləri, yeni ideyalar yarada biləcəkləri və potensiallarını tam şəkildə reallaşdıra biləcəkləri ilhamverici və inkişafyönümlü mühit təqdim etməkdir.