AZ RU EN
Facebook Instagram YouTube

Psixoloji və tibbi dəstək

XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərin fiziki, emosional və sosial rifahının təmin olunması məqsədilə tibbi və psixoloji dəstək xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər şagirdlərin sağlam, təhlükəsiz və dəstəkləyici təhsil mühitində inkişaf etmələrinə, potensiallarını reallaşdırmalarına və məktəb həyatına uğurla uyğunlaşmalarına kömək edir.

Psixoloji Dəstək Xidməti təlim-tərbiyə prosesinin bütün mərhələlərində şagirdlərin fərd kimi formalaşmasına, onların psixi sağlamlığının qorunmasına, yaş xüsusiyyətlərinə uyğun inkişafına, maraq və qabiliyyətlərinin üzə çıxarılmasına dəstək göstərir. Psixoloqlar tərəfindən şagirdlərin emosional vəziyyətinin izlənilməsi, adaptasiya prosesinin dəstəklənməsi, motivasiyanın artırılması, davranış və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fərdi və qrup şəklində işlər həyata keçirilir. 

Valideyn və müəllimlərlə əməkdaşlıq çərçivəsində şagirdlərin hərtərəfli inkişafı üçün müvafiq tövsiyələr təqdim edilir.

Tibbi Xidmət çərçivəsində peşəkar tibb bacıları tərəfindən şagirdlərin məktəbə gəlişi zamanı ümumi sağlamlıq vəziyyəti müşahidə olunur, hərarət ölçülür və ilkin tibbi qiymətləndirmə aparılır. Gün ərzində səhhətində narahatlıq yaranan və ya özünü pis hiss edən şagirdlərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır, onlara ilkin tibbi yardım göstərilir və ehtiyac olduqda valideynlər məlumatlandırılır. Bununla yanaşı, sağlam həyat tərzinin təşviqi, şəxsi gigiyena vərdişlərinin formalaşdırılması və xəstəliklərin profilaktikası istiqamətində maarifləndirici fəaliyyətlər həyata keçirilir.

Məktəbdə fəaliyyət göstərən tibbi və psixoloji dəstək xidmətlərinin əsas məqsədi hər bir şagirdin fiziki və psixoloji sağlamlığını qorumaq, onların özlərini təhlükəsiz, rahat və dəyərli hiss etdikləri mühit yaratmaq, akademik və şəxsi inkişaflarını dəstəkləməkdir.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.