XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində fəaliyyət göstərən “STEAM Hub” Elm Laboratoriyaları şagirdlərin nəzəri biliklərini praktiki şəkildə tətbiq etmələri və 21-ci əsr bacarıqlarını inkişaf etdirmələri üçün xüsusi olaraq yaradılmış müasir təhsil mühitidir. Dünya standartlarına uyğun şəkildə qurulan laboratoriyalar ən son texnologiyalar və müasir avadanlıqlarla təchiz olunub.

Mərkəzimizdə ibtidai sinifdən başlayaraq yuxarı siniflərə qədər bütün şagirdlər STEAM dərslərində iştirak edir və müxtəlif laboratoriya fəaliyyətlərinə qoşulurlar. “STEAM Hub” daxilində Biologiya, Fizika, Kimya, Kodlaşdırma, Robototexnika istiqamətləri üzrə laboratoriyalar fəaliyyət göstərir. Şagirdlər burada təcrübələr aparır, araşdırmalar həyata keçirir, layihələr hazırlayır və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirirlər. STEAM yanaşması elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini birləşdirərək şagirdlərdə analitik düşünmə, problem həll etmə, araşdırma və innovativ yanaşma kimi vacib bacarıqların formalaşmasına dəstək olur.

Tədris prosesi təhlükəsizlik standartlarına tam uyğun şəkildə təşkil edilir və şagirdlərin həm fərdi, həm də komanda şəklində işləmələri üçün yüksək şərait yaradılır.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq məqsədimiz şagirdləri gələcəyin texnologiya və elm dünyasına hazırlamaq, onların potensialını üzə çıxarmaq və müasir dünyaya uyğun bacarıqlarla yetişmələrinə dəstək olmaqdır.
