Kembric
Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı (IGCSE) bütün dünyada ən çox tanınmış
kvalifikasiyadır.
Mərkəzimizdə tədris olunan proqram sayəsində şagirdləri məktəb, universitet və
sonrakı mərhələlər üçün zəruri olan geniş bilik bazası və davamlı öyrənmə
bacarıqları ilə təmin edərkən, kurikulumu fərdi şəxsin bütün akademik mərhələlərdə
ehtiyaclarını qarşılamaq üçün uyğunlaşdırırıq.
Təhsil mərhələləri
Kembric Tədris Proqramı nədir?
• Məktəb şagirdlərini həyata hazırlamağa, onların davamlı öyrənmə həvəsini inkişaf etdirməyə kömək edir.
• 3-19 yaş arası şagirdlər üçün dünyanın aparıcı beynəlxalq təhsil alma imkanı yaradır.
• 160 ölkədə 10,000-dən çox Kembric məktəbində təxminən bir milyon şagird təhsil alır.
• Kembric beynəlxalq imtahanlarının keçirilməsi 150 illik bir tarixə malikdir.
• Biz məşhur və dünyaca tanınmış Kembric Universitetinin bir hissəsiyik.
Övladınız bu kurikulumda nə öyrənəcək?
• Ünsiyyət, Dil və Savadlılıq
• Yaradıcılıq
• Riyaziyyat
• Şəxsi, Sosial və Emosional İnkişaf
• Fiziki İnkişaf
• Dünyanı Anlama və Qavrama
Övladınız məktəbimizdə Kembric Tədris Proqramından necə faydalanacaq?
Övladınızın bir öyrənən kimi ehtiyacları bizim təhsil yanaşmamızın mərkəzindədir. Məqsədimiz aşağıdakı keyfiyyətlərə sahib tələbələr yetişdirməkdir:
• Məlumat və fikirlərlə – həm özlərininki, həm də başqalarınkı ilə – inamla işləmə bacarığına sahib olmaq
• Məsuliyyətli, başqalarına qarşı diqqətli və hörmətcil olmaq
• Öyrənmə bacarıqlarını inkişaf etdirən və düşüncəli olmaq
• Yaradıcı və yarana biləcək problemlərə hazır olmaq
• Zehni və sosial olaraq aktiv, fərq yaratmağa hazır olmaq...
Kembric ibtidai kurikulumu:
İngilis dili, riyaziyyat və təbiət elmləri kimi müxtəlif fənlərdə ibtidai sinif illəri ərzində şagirdlərin bacarıqlarını və anlama qabiliyyətini inkişaf etdirir.
Kembric aşağı orta məktəb kurikulumu:
Kembric yuxarı orta məktəb kurikulumu üçün möhkəm təməl təqdim edən qüsursuz hazırlıq
prosesidir. Bu proqram müstəqil və tənqidi düşüncə, praktiki və analitik bacarıqların
inkişafına diqqət yetirir.
Kembric
IGCSE kurikulumu:
Məcburi fənlər:●İngilis dili (və ingilis ədəbiyyatını öyrənmək imkanı var)
●Biologiya
●Kimya
●Fizika
Seçmə IGCSE fənləri:
●Təsviri incəsənət və Dizayn
●Biznes
●Kompüter elmləri
●Dizayn texnologiyası
●Dram
●Coğrafiya
●Tarix
●İspan dili
●Alman dili