Psixoloji xidmət
Psixoloji xidmət XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin struktur bölməsi olaraq fəaliyyət göstərir.
Psixoloji xidmət təlim-tərbiyənin bütün mərhələlərində uşaqların fərd kimi formalaşmasına, onların psixi inkişafına, meyil, maraq və təbii potensiallarının reallaşdırılmasına, mümkün pozuntuların profilaktikasına, təhsilə münasibətdə motivasiyanın yaradılmasına kömək edir. Psixoloji xidmətlət fəaliyyəti həm ümumi psixoloji hazırlıq, həm də uşaq, yaş və pedaqoji psixologiya, psixodiaqnostika, psixokorreksiya istiqamətlərində həyata keçirilir.
Mühafizə və təhlükəsizlik
Təhlükəsizlik xidməti XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin struktur bölməsi olaraq fəaliyyət göstərir.
Keyterinq xidməti
Şagirdlər gündə 3 dəfə həkim-dietoloq tərəfindən təsdiq olunmuş sağlam qidalarla təmin olunurlar.
Peşəkar aşpazların hazırladığı yeməklər ləzzətli olmaqla yanaşı, həm də şagirdlərin yaşından asılı olaraq, lazımi miqdarda kalori və vitaminlərlə zəngin olur.