2019-cu ildən etibarən Mərkəzin nəzdindəki Uşaq bağçası və Məktəbəqədər hazırlıq mərkəzi rəsmi lisenziya ilə Finlandiya kurikulumu əsasında qurulmuş qlobal “Kipinä” brendi ilə fəaliyyət göstərir.
“Kipinä” kurikulumu
“Kipinä” kurikulumu Finlandiyanın “Məktəbəqədər təhsil və tədris haqqında milli kurikulumu”nda müəyyənləşdirilən təlim konseptinə və uşaq inkişafı ilə bağlı son elmi tədqiqatların nəticələrinə əsaslanır.
Burada oyun əsaslı öyrənmə ilə uşaqların məktəb həyatına uğurlu başlaması və həyat boyu tələb olunan müxtəlif bacarıqları mənimsəməsi hədəflənir.
“Kipina” kurikulumu hər bir uşağın emosional, sosial, koqnitiv və fiziki inkişafına xüsusi diqqət ayıran altı əsas sahəni və innovativ fəaliyyətləri əhatə edir.
- Araşdırma və oyun vasitəsilə koqnitiv inkişaf
- Riyazi biliklər
- Savadlılıq, ünsiyyət və dil
- Münasibətlər və şəxsiyyətin inkişafı
- Fiziki inkişaf və sağlamlıq haqqında maariflənmə
- Mədəni maariflənmə və müxtəliflik
Kurikulum üzrə nəzərdə tutulan bütün bacarıqlar və təlim nəticələri, həmçinin altı fəaliyyət sahəsi XXI əsr bacarıqlarının inkişafını dəstəkləyir. Uşaqlar tənqidi düşüncə, kreativlik, ünsiyyət və birgə fəaliyyət bacarıqlarından istifadə edərək müəllimə suallar vermək və gündəlik məşğələlərdə iştirak etməklə innovativ düşünmə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirirlər.
Üstünlüklər:
- 3 dildə tədris (azərbaycan, rus, ingilis);
- Təhlükəsiz və gigiyenik otaqlar;
- Təxəyyül və yaradıcılığı artıran infrastruktur;
- Kamerlarla müşahidə sistemi;
- Öyrədici oyun mühiti;
- Xüsusi tibbi xidmət;
- Mobil tətbiq;
- Gün ərzində 4 dəfə qidalanma.
Ətraflı məlumat üçün: https://kipinakids.com/az/