2021-ci ildən Mərkəzimiz ABŞ-da fəaliyyət göstərən FranklinCovey şirkəti ilə əməkdaşlıq çərçivəsində "Leader in Me" proqramına qoşulmuşdur. Proqrama şagirdlərimizin bacarıq və səriştələrini artırmaq, müasir rəqabət mühitinə tam hazır olmaq və gələcəyin liderləri kimi inkişaf etdirmək məqsədilə kompleks tədbirlər daxildir. Qeyd olunan fəaliyyətlər çərçivəsində cari dərs ilindən etibarən kurikulum əsasında şagirdlərimizə “Leader in Me” proqramı tədris olunacaq.
Biz XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Leader in Me Məktəbi olmaqdan qürur duyuruq. Leader in Me, dəlillərə əsaslanan PK-12 (bağçayaqədər-12 sinif) modelidir, pedaqoqlarla birgə işlənib hazırlanmışdır, şagirdlərdə dözümlülük və liderlik keyfiyyətini inkişaf etdirmək, yüksək etimad mədəniyyəti yaratmaq və akademik nailiyyətləri yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu sübuta əsaslanan yanaşma şagirdlərə məktəbdə(universitetdə) və karyerada uğur qazanmaq üçün lazım olan liderlik və həyat bacarıqlarını inkişaf etdirməyə imkan verir. Biz uşaqların hərtərəfli inkişafı üçün:
Yüksək effektli insanların 7 vərdişi
Yüksək effektli insanların 7 vərdişi Leader in me prosesinin əsas sütunlarından biridir. Şagirdlərə liderlik bacarıqlarını öyrənməyə və tətbiq etməyə kömək etməklə yanaşı, 7 Vərdiş müsbət emosional mühit yaratmaq üçün ümumi (ortaq) dil rolunu oynayır.
4 İcra prinsipi
4 İcra prinsipi (4DX)akademik və şəxsi Çox Vacib Məqsədləri (WIGs) müəyyən etməyə, izləməyə və əldə etməyə (çatmağa) kömək edən başqa bir əsas Leader in Me konsepsiyalarından biridir.
Ailələri və icmanı xoşbəxt fərdlər yetişdirmək missiyamıza qoşulmağa və aşağıdakı işlərdə fəal iştirak etməyə dəvət edirik:
- Liderlik tədbirlərində iştirak
- Valideyn və İcma Lighthouse Komandamıza qoşulma
- Məktəbdə liderlik rollarına və klublara dəstək
- Xidmət etmə duyğusunu aşılayan layihələrimizdən birinə dəstək olma
- Ətraflı məlumat üçün Leader in me Ailə İnkişafı səhifəsinə daxil olmaqla
Ətraflı: https://qafqazinfo.az/news/detail/leaderinme-mekteblerinde-usaqlar-musteqil-olmagi-oyrenir-428565