AZ RU EN
Facebook Instagram YouTube

Təhsil modeli

Təhsil modelimiz Azərbaycan Milli Kurikulumu, Cambridge Beynəlxalq Kurikulumu və Finlandiya Erkən Yaş Təhsil yanaşması əsasında inkişaf etdirilən Kipinä proqramının güclü tərəflərini bir araya gətirir.

Biz inanırıq ki, uğur yalnız istedadın deyil, düzgün yönləndirmənin, motivasiyanın, çalışqanlığın və dəstəkləyici mühitin nəticəsidir. Buna görə məktəbimizdə hər bir şagirdə fərdi yanaşılır, onun inkişafı mütəmadi izlənilir və ehtiyaclarına uyğun akademik və psixoloji dəstək göstərilir. 

Gələcəyə baxışımız, missiyamız, aktual qlobal trendlər, şagirdlərimizin öyrənmə ehtiyacları və Azərbaycanın coğrafi və sosioloji xüsusiyyətləri nəzərə alınmaqla edilən əlavələr təhsil modelimizin əsasında duran Milli və tanınmış beynəlxalq təhsil proqramlarına özünəməxsusluq qazandırmışdır. 

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.