2023-24-cü tədris ili üzrə Mərkəzə yeni şagird qəbulu və mövcud şagirdlərin müqavilələrinin yenilənməsi prosesi cari ilin mart ayından etibarən başlanmışdır.
Nəzərinizə çatdırmaq istəyirik ki, imzalanmış “Məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə” müqaviləyə istinadən növbəti tədris ilində övladının təlim-tərbiyəsini məktəbdə davam etdirmək istəyən valideynlərin iyun ayının 1-dək növbəti ilin ilkin ödənişini (20%) həyata keçirərək yeni razılaşma sənədi imzalaması nəzərdə tutulmuşdur.
Növbəti dərs ili üçün müqavilələrin yenilənməsi Mərkəzin Maliyyə Şöbəsində həyata keçirilə bilər. Valideynlər həftə içi hər gün saat 09:00-dan 17:00-dək Mərkəzin Maliyyə bölməsinə yaxınlaşa bilər.
Əlavə olaraq qeyd etmək istəyirik ki, 31 may tarixinədək həyata keçiriləcək birdəfəlik ödənişlərə 10% güzəşt tətbiq olunur.