Mərkəzin infrastrukturuna aşağıdakılar daxildir:
- Orta və tam orta məktəbin yerləşdiyi ümumi sahəsi 3 min m2-a yaxın olan I korpus binası
- İbtidai siniflər və Beynəlxalq proqramlar üzrə fəaliyyət göstərən bölmələrin yerləşdiyi ümumi sahəsi 5,5 min m2-a yaxın olan II korpus binası
- Bağça və məktəbəqədər təhsil qruplarının fəaliyyət göstərdiyi, ümumi sahəsi 900 m2-a yaxın olan Məktəbəqədər təhsil korpusu
- Müxtəlif sərgilərin və tədbirlərin təşkili məqsədilə istifadə olunan ümumi sahəsi 150 m2-a yaxın olan Qalareya binası
- Üzgüçülük hovuzu (18 m, 1.7 m dərinlikdə)
- Imaginarium (Məktəbəqədər təhsil korpusunun daxilində)
- Akt zalı (200 nəfərlik)
- Yeməkxana zalları (ümumi sahəsi 550 m2-a yaxın, 2 yeməkana)
- Qapalı idman zalı (ümumi sahəsi 150 m2-a yaxın)
- Tibb otağı
- STEAM Hub (STEAM Mərkəzi, kimya, fizika və biologiya laboratoriyaları daxildir)
- Yaşıl park sahəsi
- Açıq oyun sahəsi
- 6000 dən çox bədii ədəbiyyat, ensiklopediya, lüğətlər, 6500-dən çox dərslik, 1000-ə yaxın disk, 200-dən çox plakat, 500-dən çox əyani vəsait daxil olan kitabxana