Bizim
kurikulum sadəcə imtahanlara hazırlıq prosesindən ibarət deyil. Bu şagirdlərimizin
sosial, intellektual və emosional ehtiyaclarına yönəlmiş əhatəli və
balanslaşdırılmış kurikulumdur. Xoşbəxt uşaq hər zaman uğurludur.
Tədris proqramı ciddi və ağır olduğu qədər şagirdləri öz bacarıqlarını kəşf etməyə həvəsləndirən, onlar üçün xoşbəxt, eləcə də hər bir şagirdin fərdi ehtiyaclarının müəyyən edilərək təmin edildiyi mühit formalaşdıraraq inkişaflarına təkan verir. Məqsədimiz şagirdlərin potensialını akademik cəhətdən ortaya çıxarmaq, eləcə də fərdi və qrup halında işləməyə təşviq etmək üçün onlara inam, bacarıq və bilik aşılamaqdır.
Biz
Mərkəzimizdə balanslandırılmış və əhatəli kurikulum təqdim etməyi
planlaşdırırıq:
Əhatəli: Şagirdlərin nəinki akademik uğurlarını, həmçinin iş dünyası üçün zəruri olan bilik və bacarıqlarını təkmilləşdirmək üçün onlara müvafiq fənlər təqdim edilir.
Balanslaşdırılmış: Şagirdlərin öyrənmə təcrübəsinə töhfə vermək, bacarıqlarını inkişaf etdirmək və biliyini artırmaq üçün onlara vaxt ayrılır. Fənni və mövzuları daha dərindən araşdırmaq imkanı verilir. Fənlərdən asılı olmayaraq, istər İncəsənət, istər Tarix və ya Təbiət, əhatəli kurikulumla şagirdlərə yeni faktlar və anlayışları kəşf etməyə fürsət yaradılır.
Yüksəkixtisaslı
və işində həvəsli pedoqoji heyətimiz şagirdlərinin güclü və zəif cəhətlərindən
xəbərdar olur və onların xüsusi peşəkarlıq sahələrində inkişafına və təkmilləşməsinə
dəstək göstərir. Şagirdlər və onların müəllimləri arasındakı əlaqələrin mükəmməl
olması qarşılıqlı inam və hörmətə zəmin yaradır.
İlk illərdə şagirdlər əhatəli proqramı keçirlər. IGCSE proqramına başladıqdan sonra isə şagirdlərə ixtisaslaşma üzrə fənlər tədris olunur.