Təhsil haqqı və ödənilmə qaydası aşağıdakı kimidir:
Mərkəzdə təhsil ödənişlidir. Təhsil haqqının məbləği 2026/27-ci dərs ili üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir:
| Təhsil pilləsi | Azərbaycan bölməsi (manat) | Rus bölməsi (manat) | İngilis bölməsi (manat) | Bilingual (manat) |
| Bağça (3-4 yaş) (Kipina) | - | 9 000 | 9 000 | |
| Məktəbə hazırlıq bölməsi (5 yaş) (Kipina) | - | 10 000 | 10 000 | |
| İbtidai siniflər (I-IV siniflər) | 13 000 | 14 000 | 15 500 | 13 000 |
| Orta təhsil (V-VIII siniflər) | - | 14 000 | 15 500 | |
| Orta təhsil (IX)- | - | 14 000 | 15 500 (IGCSE) | |
| Tam orta təhsil (X sinif) | - | 14 000 | 15 500 (AS Level) | |
| Tam orta təhsil (XI sinif) | - | 14 000 | 15 500 (A Level) |
- IGCSE və AS/A Level imtahanları üzrə ödənişlər təhsil haqqına daxil deyil. (IGCSE-1750 manat, AS/A Level- 850 manat)
- Ümumtəhsil məktəbi üzrə təhsil haqqına müvafiq kurikulum üzrə tədris, bir dəst məktəbli forması, seçilmiş dərnək və ekskursiyalarda iştirak və gündə 3 dəfə qidalanma daxildir.
- Valideynlər təhsil haqqının ən az 20%-ni müqavilə bağladığı anda ödəyir. Qalıq məbləğ isə ən son hissəsi növbəti dərs ilinin mart ayından gec olmamaqla 3 hissədə ödənilir. Hər il mart-aprel aylarında keçirilən qəbul kampaniyası dövründə fərqli ilkin ödəniş şərti tətbiq oluna bilər.
- Təhsil haqqı ödənişi valideynin istəyinə əsasən 10 hissədə (20% ilkin ödəniş+9 hissə) həyata keçirilə bilər. Bu halda müvafiq təhsil haqqı məbləğinə 10% əlavə olunur.
