Qəbul qaydaları

Mərkəzin tərkibində məktəbəqədər təhsil (uşaq bağçası, məktəbəhazırlıq şöbəsi) və orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Məktəbəqədər təhsil bölməsinə qəbul:

2019-cu ildən Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi kimi Kipina brendi fəaliyyətini davam etdirir. Ətraflı məlumat üçün: https://kipinakids.com/az/Məktəbəqədər təhsil bölməsinə 3-5 yaşlı uşaqlar qəbul edilir.

Növbəti tədris ili üzrə uşaqların məktəbəqədər təhsil bölməsinə qəbulu aprel ayında başlayır və avqust ayının əvvəli başa çatır.

Müraciət edin


1-ci sinfə qəbul:

  1. Ümumtəhsil məktəbinə 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər qəbul edilir.
  2. Növbəti tədrisi ili üzrə şagirdlərin 1-ci sinfə qəbulu mart ayının 1-dən avqust ayının 1-dək davam edir.
  3. 1-ci sinfə qəbul şagirdin məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirən sınaqla aparılır. Sınaq imtahanı iyun ayında həyata keçirilir. Bu zaman məktəbə hazırlıq səviyyəsi aşağıdakı anlayışlar üzrə ölçülür:

  • İntellektual hazırlıq səviyyəsi: ətraf aləm haqqında təsəvvürü, istiqaməti  
  • müəyyənləşdirmək bacarığı:
  • Psixi proseslərin (diqqət, yaddaş, qavrama) formalaşması, müəyyən bilik ehtiyatının olması, böyüklərin verdiyi tapşırığı ayırd etmək bacarığı;
  • Əlin xırda motorikasının inkişafı, qələm, karandaş tutmaq bacarığı, plastilinlə və müxtəlif əşyalarla iş görmə qabiliyyəti;
  • Uşağın məktəbdə oxumaq istəyi və hazırlığı.

Müraciət edin


2-11-ci siniflərə qəbul:

  1. 2-11-ci siniflər üzrə şagirdlərin məktəbə qəbulu mart ayının 1-dən başlayır və yalnız boş yerlər üzrə həyata keçirilir. Məktəbə qəbul prosesi 15 avqust tarixində dayandırılır. Bu tarixdən sonra məktəbə qəbul məsələsinə xüsusi hallarda məktəb rəhbərliyinə ediləcək müraciətə əsasən baxıla bilər.
  2. Məktəbə qəbul zamanı şagirdlərin:
  • İntellektual səviyyələrini, yaradıcı qabiliyyətlərini və şəxsi keyfiyyətlərini müəyyən edən psixoloji test keçirilir;
  • Şagirdlərin bilik səviyyəsini müəyyən etmək məqsədilə ayrı-ayrı fənlər üzrə test imtahanı keçirilir. 

Qeyd edək ki:

  • Məktəb bilik səviyyəsi və psixoloji vəziyyəti tədris proqramına uyğun olmayan uşaqları qəbul etməmək hüququnu özündə saxlayır.
  • Siniflər yaş və oğlan/qız balansı prinsipinə görə formalaşdırılır. Siniflərin əksəriyyətində şagirdlərin tədris proqramını mənimsəmə səviyyəsi müxtəlifdir. Buna görə də tədris proqramı hər bir uşağın fərdi xüsusiyyətlərini və potensial imkanlarını nəzərə alan modullarda aparıla bilər.
  • Şagirdin qəbul imtahanları üzrə nəticələri qənaətbəxş olmadıqda o, məktəbə şərti qaydada qəbul oluna bilər. Belə hallarda müəyyən dövr üzrə şagirdin dərsləri mənimsəmə səviyyəsi qiymətləndirilir. Bu dövrdə qənaətbəxş nəticə göstərməyən şagirdlər şərti razılaşmaya uyğun olaraq məktəbdən kənarlaşdırılır.

Müraciət edin