Əziz məzunlar!
Bildiyiniz kimi, bu il Mərkəzimizin yaranmasından artıq 25 il ötür. Bu münasibətlə biz, siz məzunlarımızın “Uğur Hekayəsi”ni dinləmək istəyir, keçdiyiniz yolu, bu yolda qazandığınız təcrübələri bizimlə bölüşməyinizi xahiş edirik.
Harda olmağınızdan, hansı peşəyə yiyələnməyinizdən asılı olmayaraq məktəbin həyatınızda oynadığı rolu, sinif yoldaşlarınız, müəllimlərinizlə yaşadığınız yadda qalan xatirələri bizlərlə paylaşmağınız bizim üçün çox xoş olardı.
Bunun üçün sadəcə aşağıdakı məlumatları daxil etməyiniz kifayətdir.
Dəstəyiniz və hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkür edirik!
Aşağıdakı QR kodu oxudaraq xüsusi form vasitəsilə hekayənizi bizimlə bölüşə bilərsiniz.
