XƏBƏRLƏR

“XXI əsr bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın final turu

07/05/2022

“XXI əsr bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın final turu

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı!


6 may 2022-ci il tarixində Mərkəzimizdə “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın final mərhələsi keçirildi.

Olimpiadada final turuna vəsiqə qazanmış 10 komanda iştirak etdi. Nəticələr elə həmin gün yoxlanıldı və bir neçə saat sonra mükafatlandırma mərasimi baş tutdu.

Mərasimdə finala çıxan şagirdlərin təhsil aldığı məktəblərin direktorları, təhsil cəmiyyətinin digər nümayəndələri və başqa qonaqlar iştirak etdi. Birinci yerə 160 №-li Klassik Gimnaziyanın şagirdləri olan "MatHunters" komandası, iki və üçüncü yerlərə isə müvafiq olaraq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri olan "Dəyanət" və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdləri olan "PowerUp" komandaları layiq görüldü.

Onu da qeyd edək ki, komanda bacarıqlarından əlavə, fərdi bacarıqlar kateqoriyası üzrə də şagirdlər I, II və III yerlərlə təltif olundular.

Bütün qalibləri və iştirakçıları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!