XƏBƏRLƏR
Özgür Bolat seminarı
17/10/2022

5 oktyabr 2022-ci il tarixində həm valideynlərimiz, həm də əməkdaşlarımız üçün tanınmış Türkiyəli alim, təhsil eksperti, Türkiyədə “Anne Baba Okulu”nun yaradıcısı, “Uğur və xoşbəxtlik” modelinin banisi Dr. Özgür Bolat tərəfindən Mərkəzimizdə seminar keçirildi.
Daha öncə də qeyd etdiyimiz kimi Özgür Bolat məktəblərdə müəllim, valideyn və rəhbərlərlə işləyərək onların ehtiyaclarına uyğun təlim və seminarlar təşkil edir.
Mərkəz olaraq əsas missiyamız xoşbəxt və uğurlu şəxsiyyətlər yetişdirməkdir. Bu çərçivədə faydalı və effektiv ola biləcək tədbirlər, seminarlar və görüşlərin təşkilini olduqca vacib hesab edirik.
Maraqlı və olduqca faydalı seminar üçün Dr. Özgür Bolata, iştirak üçün isə bütün iştirakçılara təşəkkür edirik!