XƏBƏRLƏR
Zəfər Günü
03/11/2022

Mərkəzimizdə "Zəfər Günü"nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini-Qərargah rəisi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Cavanşir,“YAŞAT” Fondunun nümayəndəsi, Yasamal Rayon İcra hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərimiz şanlı zəfərimiz ilə bağlı şeirlər səsləndirdilər, doğma Azərbaycanımıza həsr edilmiş nəğmələr söylədilər və rəqslər ifa etdilər.
Əməyi keçən hər kəsə minnətdarıq.
Zəfərin mübarək, Azərbaycan!