XƏBƏRLƏR

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mərkəzimizdə qonaq oldu

03/11/2023

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mərkəzimizdə qonaq oldu

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Junichi Wada 3 noyabr 2023-cü il tarixində Mərkəzimizin qonağı oldu.

Cənab səfirə Mərkəzin ümumi fəaliyyəti, tətbiq olunan əsas təhsil proqramları haqqında məlumat verildi və yapon dilinin tədrisi imkanları haqqında müzakirələr apardıldı. O, həmçinin Mərkəzin infrastrukturu və tədris prosesi ilə də yaxından tanış oldu.