XƏBƏRLƏR
"American Mathematics Olympiad (AMO)
26/01/2024

Mərkəzimizin şagirdləri 2023-cü il üzrə keçirilmiş "American Mathematics Olympiad (AMO)-da iştirak ediblər. Azərbaycan bölməsi üzrə 5-ci sinif şagirdimiz Cəsur Əhmədov sözügedən olimpiadada qızıl medala, rus bölməsi üzrə 4-cü sinif şagirdlərimiz Süleyman Axundlu və Sofi Heydərova-Silkova isə bürünc medala layiq görülüblər.
Şagirdlərimizi uğurları münasibətilə ürəkdən təbrik edir, nailiyyətlərini hər zaman dəstəkləyirik.