XƏBƏRLƏR

Beynəlxalq həftə

05/03/2024

Beynəlxalq həftə

Mərakeş, Meksika və Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Mərkəzimizin qonağı olub.

Martın ayının 1-də Mərkəzində “Beynəlxalq həftə” keçirildi. Tədbir şagirdlərdə müxtəlif mədəniyyətləri, coğrafiyaları, dünya xalqlarının tarixini daha dərindən mənimsəmək, fərqli ölkələr haqqında araşdırma aparmaqla müxtəlif bilik və bacarıqlar formalaşdırmaq məqsədilə artıq bir neçə ildir ki, təşkil edilir.

Bu çərçivədə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Adil Embarş, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya, həmçinin Çin Xalq Respublikasının, Niderland Krallığının, Misirin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər diplomatik korpus nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva iştirak etdi. Tədbir zamanı qonaqlar ölkə pavilyonlarını gəzərək, maraqlı nümayişlərlə tanış oldula..

Ətraflı: https://oxu.az/society/844912