XƏBƏRLƏR
Mərkəzimizin rəhbər heyəti və yuxarı sinif şagirdləri “Kaşalata”nın qonağı oldular.
18/12/2024
18 dekabr 2024-cü il tarixində Mərkəzimizin rəhbər heyəti və yuxarı sinif şagirdləri “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan, Bakı şəhərində yerləşən ilk inklüziv kafe – “Kaşalata”nın qonağı oldular.
Görüş zamanı “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova şagirdlərimizi və görüşdə iştirak edən Mərkəz heyətini inklüziv kafenin iş mühiti ilə yaxından tanış etdi, mövzu ətrafında olduqca maraqlı müzakirələr aparıldı.
Bu dəyərli təşəbbüs və qonaqpərvərlikləri üçün təşəkkür edirik!