XƏBƏRLƏR

"Son Zəng" XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində qeyd olundu

13/06/2025

13 iyun 2025-ci il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ənənəvi "Son Zəng" tədbiri keçirildi. Bu əlamətdar gündə biz növbəti məzunlarımızı böyük qürur və sevinc hissi ilə müstəqil həyata yola saldıq.

Məzunlarımız artıq uşaqlıq illərini arxada qoyaraq, liderlik ruhuna sahib, özünəinamlı və xoşbəxt gənclər kimi yeni həyat mərhələsinə qədəm qoyurlar. Onların bu uğurlu yola çıxmasına şahidlik etmək bizim üçün həm böyük nailiyyət, həm də dərin qürur mənbəyidir.

XXI Əsr Mərkəzi olaraq, bütün məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayır, onların hər zaman əldə etdikləri bilik və dəyərlərlə cəmiyyətə töhfə verəcəklərinə inanırıq.

Uğurlar, əziz məzunlar! Sizinlə fəxr edirik!