XƏBƏRLƏR

“XXI Əsr Bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın Təltif Mərasimi Keçirildi

04/06/2025

“XXI Əsr Bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın Təltif Mərasimi Keçirildi

4 iyun tarixində Mərkəzimizdə artıq dördüncü dəfə təşkil olunan və Azərbaycan təhsilində XXI əsr bacarıqlarının inkişafına mühüm töhfə verən “XXI Əsr Bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın təltif mərasimi baş tutdu.

May ayında keçirilmiş ilkin və final mərhələləri çərçivəsində şagirdlər həm fərdi, həm də komanda bacarıqları üzrə qiymətləndirildi və uğurlarına görə mükafatlandırıldılar.

Komanda bacarıqları üzrə qaliblər:

5–6-cı siniflər:

  1. Gənc İstedadlar Liseyi
  2. 2 nömrəli Texniki-Humanitar Fənlər Liseyi
  3. Beynəlxalq Maarif Məktəbləri

7–8-ci siniflər:

  1. Gənc İstedadlar Liseyi
  2. Türkiyə Dəyanət Vəqfi Liseyi
  3. Bakı Avropa Liseyi

Olimpiadanın əsas dəyərləri — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, ünsiyyət və rəqəmsal savadlılıq — XXI əsrin ən vacib bacarıqları sırasında yer almaqdadır. Bu bacarıqları uğurla nümayiş etdirən bütün şagirdlərimizi və onların inkişafında əməyi olan müəllimlərimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!