XƏBƏRLƏR

Yeni tədris ili ilə bağlı görüş

08/09/2025

Yeni tədris ili ilə bağlı görüş

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisi cənab Arif Qaraşov yeni dərs ilinin başlanması münasibətilə Mərkəzin əməkdaşları ilə səmimi və dəyərli bir görüş keçirdi.

Görüş zamanı cənab Qaraşov hər bir əməkdaşa xoş və ruhlandırıcı arzularını bildirdi. O, komandanın uzun illər ərzində göstərdiyi fədakar və peşəkar fəaliyyətə xüsusi diqqət çəkərək, onların təhsilin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi. Bu çətin və məsuliyyətli sahədə çalışan müəllim və mütəxəssislərin əməyinin əvəzolunmaz olduğunu vurğuladı.

Yeni tədris ilində komanda üzvlərinə yeni nailiyyətlər, yeniliklərə açıq olmağı, uğurlar, möhkəm iradə və yüksək motivasiya ilə çalışmağı arzuladı.

Cənab Qaraşovun xoş sözləri, dərin etimadı və mənəvi dəstəyi kollektivə böyük ruh yüksəkliyi bəxş etdi və gələcək fəaliyyət üçün güclü ilham mənbəyinə çevrildi. Bu görüş, bir daha göstərdi ki, komanda həmrəylik, qarşılıqlı hörmət və ortaq məqsədlər ətrafında birləşərək böyük uğurlara imza atmağa qadirdir.