XƏBƏRLƏR

15 sentyabr – “Bilik Günü”

15/09/2025

15 sentyabr – “Bilik Günü”

15 sentyabr – “Bilik Günü” münasibətilə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən tədbir məktəb həyatına əsl bayram ab-havası gətirdi. Tədbir şagirdlərin, valideynlərin və müəllimlərin iştirakı ilə çox səmimi və coşğulu şəkildə keçdi. Təhsil həyatına yeni başlayan şagirdlər üçün bu gün xüsusilə yaddaqalan oldu – onlar ilk təhsil addımlarını atdıqları bu gündə sevinc və həyəcanı bir arada yaşadılar.

Tədbirdə çıxış edən Mərkəz rəhbərliyi təhsilin cəmiyyət üçün əhəmiyyətindən danışaraq, bütün kollektivə uğurlu, məhsuldar və nailiyyətlərlə dolu bir tədris ili arzuladı.

Biz də XXI Əsr ailəsi olaraq bütün şagirdlərimizə, valideynlərimizə və müəllim heyətimizə sağlam, uğurlu və ruh yüksəkliyi ilə dolu bir tədris ili arzulayırıq!