XƏBƏRLƏR

2025–2026-cı tədris ili üzrə Şagird Şurası Seçkiləri Başa Çatdı

27/10/2025

2025–2026-cı tədris ili üzrə Şagird Şurası Seçkiləri Başa Çatdı

2025–2026-cı tədris ili üzrə Şagird Şurası prezident seçkiləri uğurla başa çatdı!

Bu ilin Şagird Şurasının prezidenti – 11E sinif şagirdi İhsan Qəhrəman, vitse-prezidenti isə Camal Nəcəf seçildi. Onların bu məsuliyyətli və şərəfli vəzifədə uğurla fəaliyyət göstərəcəklərinə inanırıq.

Bu ildən etibarən Şura tərkibi yenilənib: prezident və vitse-prezidentlə yanaşı, dörd House lider assistenti də şuraya daxil olacaq. Bu isə daha geniş təmsilçilik, komandada əməkdaşlıq və güclü liderlik bacarıqları üçün yeni imkanlar yaradacaq.

Yeni komandaya fəaliyyətlərində uğurlar, yaradıcı ideyalar və əzm arzulayırıq. Uğurlar, əziz şagirdlər!