Dərslərlə yanaşı, məktəbdə təlim məqsədli ekskursiyalar da təşkil olunur. Ekskursiya şagirdlərin hər hansı obyekt və yer haqqında məlumatları həmin yerə (təbiət, zavod, tarixi abidə) gedib görməklə əldə etdikləri təlim formasıdır.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarından səmərəli istifadəsini təmin etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilir. Zavod və fabriklərə ekskursiyalar zamanı şagirdlər istehsalat prosesi ilə tanış olurlar.