2021-ci ildən Mərkəzimiz ABŞ-da fəaliyyət göstərən FranklinCovey şirkəti ilə əməkdaşlıq çərçivəsində "Leader in Me" proqramına qoşulmuşdur. Bu proqram şagirdlərimizin bacarıq və səriştələrinin sistemli şəkildə inkişaf etdirilməsi, onların müasir və dinamik rəqabət mühitinə hazır formalaşdırılması məqsədilə nəzərdə tutulmuş proqramı əhatə edir.
Kurikulumla inteqrasiya olunmuş Leader in Me yanaşması şagirdlərin gündəlik tədris prosesində tətbiq olunur və onların akademik, sosial və şəxsi inkişafını dəstəkləyir.

Biz XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Leader in Me Məktəbi olmaqdan qürur duyuruq. Leader in Me, dəlillərə əsaslanan PK-12 (bağçayaqədər-12 sinif) modelidir, pedaqoqlarla birgə işlənib hazırlanmışdır.
Bu sübuta əsaslanan yanaşma şagirdlərə məktəbdə(universitetdə) və karyerada uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə imkan verir.