AZ RU EN
Facebook Instagram YouTube

House sistemi

2025-ci tədris ilindən etibarən Mərkəzimizdə tətbiq olunan House Sistemi, məktəb mühitinə həm emosional, həm də sosial baxımdan dəyər qatan yenilikçi bir yanaşmadır. Bu sistem şagirdlərdə birlik, mənsubiyyət hissi və liderlik mədəniyyəti formalaşdırmaq məqsədilə hazırlanmışdır.

Dörd simvolik ev

Şirlər (Narıncı) – Cəsarət
Qartallar (Mavi) – Uzaqgörənlik
Pələnglər (Qırmızı) – Qərarlılıq
Şahinlər (Yaşıl) – Dözümlülük

şagirdləri xarakterlərinə və daxili güclərinə uyğun komanda ruhu ətrafında birləşdirir.

Ənənəvi rəqabət modelindən fərqli olaraq, bu sistem əməkdaşlıq, qarşılıqlı dəstək və sosial əlaqələrin gücləndirilməsi üzərində qurulub. Şagirdlər fərdi uğurla yanaşı, komanda daxilində bir-birinin inkişafına da töhfə verməyi öyrənirlər.

House sistemi, eyni zamanda FranklinCovey-in “Leader in Me” proqramının əsasını təşkil edən “7 Vərdiş” fəlsəfəsi ilə tam inteqrasiya olunub. Proaktivlik, məqsəd yönümlülük, sinerji yaratmaq və “qazan-qazan” düşüncəsi kimi prinsiplər, gündəlik fəaliyyətlərin və House iclaslarının əsasını təşkil edir.

Şagirdlər müxtəlif layihələr, tədbirlər, yarışlar və sosial fəaliyyətlər vasitəsilə öz komandalarına töhfə verir və komanda ruhunu inkişaf etdirirlər.


2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.