XƏBƏRLƏR

Şəhid Xəyal Balakişiyevin anım günü

27/10/2021

Şəhid Xəyal Balakişiyevin anım günü

26 oktyabr 2021-ci il tarixində Mərkəzimizdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşımız Xəyal Balakişiyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edildi. Tədbirdə Mərkəzin rəhbərliyi, pedaqoji və inzibati heyətin nümayəndələri ilə yanaşı şəhidimizin ailə üzvləri də iştirak etdi.

İldönümü ilə bağlı keçirilən tədbir çərçivəsində rəhbərliyinin təşəbbüsü ilə Mərkəzin Akt Zalına şəhid Xəyal Balakişiyevin adı verildi.

 Bir dəqiqəlik sükutla başlayan tədbirdə, Arif Qaraşov çıxış edərək Prezident İlham Əliyevin qətiyyətlə apardığı daxili və xarici siyasətdən, bu siyasət nəticəsində qazanılan tarixi qələbədən, bu haqq savaşında şəhid və qazilərimizin misilsiz şücaətindən danışaraq, Xəyal Balakişiyevin xatirəsinin Mərkəzimizdə daim yaşadılacağını vurğulamışdır.

Daha sonra tədbir Şəhid Xəyal Balakişiyev adına Akt Zalında Mərkəzin şagirdlərinin ildönümü üçün hazırladıqları çıxışlarla davam etdirilmişdir.

Vətənin azadlığı uğrunda canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Bütün şəhidlərimizi ehtiramla anırıq!