Facebook Instagram YouTube

“Uşaq hüquqları” hakatonu

Xəbərlər · 26.11.2021 “Uşaq hüquqları” hakatonu

2021-ci il 20-21 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə,Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Uşaq Fondu (UNİCEF) və RİİB-in birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Uşaq hüquqları” hakatonunun final turu baş tutdu.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri: Rəsulov Teyyub, Zeynallı Rəsul və Aslanova Aytac 2 aydan artıq davam edən təlimlərdə fəal iştirak etmiş, bir neçə mərhələdən keçib finalda iştirak hüququ əldə etmişlər. Məktəblilərimizin “Zəka” komandası final turunda “Təhsildə uşaq hüquqları ” mövzusunda layihələrini uğurla təqdim edərək münsiflərin rəğbətini qazanmışlar.

Şagirdlərimizi uğurları münasibətilə təbrik edirik.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.