XƏBƏRLƏR

“Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyası

22/06/2022

“Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyası

Bir aydan artıqdır ki, Müdafiə Nazirliyi əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyasına start verib.

Mərkəzimizin şagirdləri və müəllim heyəti aksiyaya yaxından maraq göstərmiş, Mərkəzdə bu məqsədlə guşə yaradılmış, elmi, bədii, publisistik və digər janrlarda çoxsaylı kitablar hədiyyə olunmuşdur.

Toplanan bütün kitablar bir neçə müəllim və şagirdin də iştirakı ilə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına təhvil verildi. Mərkəz olaraq aksiyada iştirak edən bütün əməkdaşlarımıza və şagirdlərimizə təşəkkür edirik!

Allah bütün əsgərlərimizi qorusun!