Mərkəzimizdə 5-9 dekabr tarixlərində "Beynəlxalq həftə" keçirildi. Şagirdlərimiz müəllimlərin də dəstəyi ilə seçilmiş 17 ölkənin tarixi, mədəniyyəti, milli mətbəxi barədə həftə ərzində ətraflı araşdırma apararaq sinif otaqlarını ölkələrin xüsusi atributları ilə bəzədi, keçilən dərslər həmin ölkələrə həsr edildi, şagirdlərimiz əylənərək yeni yerlər, mədəniyyətlər, tarixlər kəşf etdilər.
Həftənin yekunu isə diplomatik korpusun nümayəndələri, valideynlər və digər qonaqlarla birlikdə seçilmiş ölkələrə olunan əyləncəli səyahətlə yadda qaldı.
Beynəlxalq məktəb olaraq şagirdlərimizin bu kimi təşəbbüslərini daim dəstəkləyir və onlarla qürur duyuruq.





Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.