Facebook Instagram YouTube

Şagirdlərimiz marafonda iştirak etdi!

Xəbərlər · 13.05.2024 Şagirdlərimiz marafonda iştirak etdi!

Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun təşəbbüsü ilə 19 aprel 2024-cü il tarixində 2 kateqoriya üzrə marafon yarışı keçirilmişdir. Yarışda Mərkəzimizi 9,10 və 11-ci sinif şagirdləri təmsil etdilər, 11r1 sinif şagirdi Tomris Mütəllimzadə 3-cü yeri tutdu. Bu qaçış yarışı idmanı və Paris 2024 Olimpiya Oyunlarını təşviq etmək məqsədi daşıyan dostluq tədbiri idi. 1500 və 2000 metr məsafəyə qaçışın nəticələrinə müvafiq olaraq hər bir iştirakçı sertifikatla təltif ediləcək. 

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.