XƏBƏRLƏR

"XXI əsr bacarıqları" üzrə Məktəblilərarası Olimpiada

13/05/2024

4 may 2024-cü il tarixində artıq 3-cü dəfədir ki, Mərkəzimizdə keçirilən "XXI əsr bacarıqları" üzrə Məktəblilərarası Olimpiadanın final mərhələsi baş tutdu.

V-VI sinif kateqoriyası üzrə "Young Fires" komandası ilə Gənc İstedadlar liseyinin şagirdləri 3-cü yerə, "Zülqərneyn" komandası ilə S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri 2-ci yerə və "Viktoriya" komandası ilə Elitar Gimnaziyanın şagirdləri 1-ci yerə layiq görüldülər. VII-VIII sinif kateqoriyası üzrə isə "Denovo" komandası ilə Gənc İstedadlar liseyinin şagirdləri 3-cü yerə, "Utopiya" komandası ilə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri 2-ci yerə və nəhayət "ElRey" komandası ilə Dəyanət liseyinin şagirdləri 1-ci yerə layiq görüldülər.

Şagirdlər təkcə komanda halında deyil, fərdi bacarıqlarına görə də təltif olundular. Bütün iştirakçıları, xüsusilə qalib komandaları ürəkdən təbrik edir, uğurlarının davamını arzu edirik!