XƏBƏRLƏR
Mərkəzimiz Rəqəmsal İnkişaf Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə Memorandum imzaladı.
12/06/2024
Mərkəzimiz Rəqəmsal İnkişaf Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə Memorandum imzaladı.
11 iyun 2024-cü il tarixində Mərkəzimiz ilə Rəqəmsal İnkişaf Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalandı.
Görüşdə Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli, Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova, Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis Ayla Cəlilova, Layihə meneceri Fatimə Həbibova və Mərkəzimizin rəhbərliyi iştirak etdi.
Qeyd edək ki, sözügedən Memorandum tərəflər arasında informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları və digər bu kimi mövzularda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, və birgə fəaliyyətin təşkili məqsədilə tərtib edilib.
Bu çərçivədə Mərkəzdə təhsil alan şagirdlər üçün elektron təhlükəsizlik sahəsində seminarların və digər maarifləndirmə fəaliyyətlərinin təşkili nəzərdə tutulur.