Facebook Instagram YouTube

Zəfər Günü

Xəbərlər · 08.11.2024 Zəfər Günü

6 noyabr 2024-cü il tarixində Mərkəzimizdə "Zəfər Günü"nə həsr edilmiş "Od ürəkli diyarım" adlı təntənəli tədbir keçirildi. 44 günlük Vətən müharibəsində qazanılməş tarixi zəfəri qeyd etmək, gənclərə milli birlik, vətən sevgisi və vətənpərvərlik ruhunu aşılamaq məqsədilə keçirilən tədbirimizdə millət vəkilləri, dövlət qurumlarının nümatəndələri, incəsənət xadimləri, valideyn və müəllimlərimiz iştirak etdi. Şagirdlər öz möhtəşəm çıxışları ilə hər kəsi duyğulandırdı, qürurlandırdı və hər kəsə olduqca təsirli anlar yaşatdılar.

Bu günün önəm və əhəmiyyəti hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq. Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla 4 ildir ki, başımızı uca tutmağı bizə bəxş edən vətən oğurllarına, şəhidlərə və qazilərimizə dərin minnətdarlığımızı bildiririk.


Zəfərin mübarək, Azərbaycan!

Qarabağ Azərbaycandır!


Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.