Facebook Instagram YouTube

Britannica məktəbi

Xəbərlər · 28.11.2024 Britannica məktəbi

28 noyabr 2024-cü il tarixində məşhur "Britannica Ensiklopediyası"nın yaradıcıları tərəfindən qurulmuş aparıcı onlayn öyrənmə platforması olan "Britannica məktəbi"ni təqdim etmək üçün "Britannica Education " nümayəndələri Matthew Drury

və Luke Saunders XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzini ziyarət etdilər.

"Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası"nın təşkilatçılığı ilə Mərkəzin kitabxanasında baş tutan görüşdə məktəb rəhbərliyi və digər aidiyyatı şəxslər iştirak edərək sözügedən platformanın əsas xüsusiyyətləri və üstünlükləri, o cümlədən beynəlxalq standartlara uyğunluğu barədə müzakirələr apardılar.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.