XƏBƏRLƏR

Şagirdlərə Milad Günü hədiyyəsi

25/12/2024

Şagirdlərə Milad Günü hədiyyəsi

Kembric bölməsi üzrə ibtidai sinif şagirdləri bu ilki Milad Gününü xüsusi bir şəkildə qeyd etdilər! Şagirdlər, böyük maraq və həyəcanla Mərkəzin Akt Zalına toplandılar və birlikdə Madaqaskar filmini izlədilər.


Uşaqlar əyləncəli sərgüzəştlərini izlədikcə həm güldülər, həm də öyrəndilər. Filmin hər səhnəsi onların qəlbini sevinc və coşğu ilə doldurdu. Ekrandakı rəngli personajların təqdim etdiyi dostluq, birlik və komanda işi mesajları, uşaqlar üçün böyük bir ilham mənbəyi oldu.


Bu xüsusi gün həm şagirdlər, həm də müəllimlər üçün birlik və sevinc dolu bir xatirəyə çevrildi.