Hörmətli valideynlər,
Övladınızın nüfuzlu Kembric proqramının (Cambridge International) IGCSE səviyyəsində təhsil alma imkanı ilə maraqlanırsınız?
Bu, dünyanın aparıcı universitetlərinə qəbul üçün mühüm bir mərhələdir.
Əgər belədirsə, sizi 27 fevral 2025-ci il, saat 14:00-dan 16:30-dək keçiriləcək "Açıq qapı günü" tədbirimizə dəvət edirik!
Tədbir çərçivəsində siz:
✅ İki illik IGCSE təhsil proqramının ümumi icmalı ilə tanış olacaq;
✅ Müxtəlif fən qrupları və tədris istiqamətləri haqqında ətraflı məlumat əldə edəcək;
✅ Təcrübəli müəllimlərimizlə birbaşa ünsiyyət quracaqsınız.
Tədbir XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlərin valideynləri ilə yanaşı bu proqramla maraqlanan bütün iştirakçılar üçün açıqdır.
Məhdud sayda iştirakçının qəbul ediləcəyini nəzərə almağınızı və iştirakınızı təsdiqləmək üçün qeydiyyat formasını doldurmağınızı xahiş edirik:
Sizi aramızda görməkdən məmnun olarıq!
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.