Azərbaycan təhsilində yeniliyə imza atan “XXI Əsr Bacarıqları” məktəblilərarası olimpiadasının 2025-ci il mövsümü üçün qeydiyyat başladı!
Olimpiada 2 kateqoriya üzrə V-VI və VII-VIII sinif şagirdlərinin iştirakı üçün nəzərdə tutulub. Qeyd edək ki, Olimpiadada şagirdlər hər biri 3 nəfərdən ibarət komandalar şəklində iştirak edəcəklər. Olimpiadanın seçim turu 17 may, final turu isə 24 may tarixində keçiriləcəkdir.
Ətraflı məlumat üçün Olimpiadanın Əsasnaməsi ilə veb saytımızda tanış ola bilərsiniz.
Qeydiyyat və məlumat üçün: 21century.edu.az/olimp
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.