XƏBƏRLƏR

"Lemonade day 2025"

30/10/2025

"Lemonade Day 2025" — Mərkəzimizdə sahibkarlıq canlı təcrübəyə çevrildi!

29 oktyabrda məktəbimizdə adi dərs günü “Lemonade Day 2025” vasitəsilə kiçik iqtisadi sistemə çevrildi!

6–8-ci sinif şagirdləri öz bizneslərini qurdu: planlaşdırdılar, istehsal etdilər, satdılar, qazanc topladılar və əsl sahibkar kimi düşündülər. Məktəbdə xüsusi “XXI Əsr İqtisadiyyatı” yaradıldı, LİM valyutası dövriyyəyə buraxıldı və komandalar bu vəsaiti idarə edərək rəqabət apardılar.

A-Level siniflərinin şagirdləri isə mentor kimi çıxış edərək gənclərə tələb-təklif, marketinq və maliyyə planlaması barədə dəstək verdilər. Valideynlər də sistemə istehlakçı kimi qoşularaq LIM ilə alış-veriş etdilər.

Günün sonunda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı və əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq. "Lemonade Day" bir daha göstərdi ki, ən yaxşı öyrənmə — təcrübədir. Şagirdlər təkcə limonad satmadılar, komanda işi, strategiya və liderlik bacarıqlarını da inkişaf etdirdilər. "Lemonade Day 2025" — Mərkəzimizdə sahibkarlıq canlı təcrübəyə çevrildi!