XƏBƏRLƏR

Zəfər Dastanı

07/11/2025

Zəfər Dastanı

7 noyabrda Mərkəzimizdə Böyük Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Dastanı” adlı tədbir keçirildi. Şəhidlərimizin ruhu dərin ehtiramla anıldı, 44 günlük Şanlı Vətən müharibəsinin qələbə dolu yolu xatırlandı. Şagirdlər öz möhtəşəm çıxışları ilə hər kəsi duyğulandırdı, qürurlandırdı və hər kəsə olduqca təsirli anlar yaşatdılar. Bu günün önəm və əhəmiyyəti hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq. Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla 5 ildir ki, başımızı uca tutmağı bizə bəxş edən vətən oğurllarına, şəhidlərə və qazilərimizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bundan sonra Azərbaycanımız daha da inkişaf edəcək, çiçəklənəcək və Qarabağımız günü-gündən gözəlləşəcək! Zəfərin mübarək, Azərbaycan!