20 fevral tarixində məktəbimizdə Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi tədbir təşkil olundu. Tədbirin əsas məqsədi dil müxtəlifliyinin, mədəni irsin qorunmasının və xalqlar arasında qarşılıqlı hörmətin əhəmiyyətini vurğulamaq idi.
Tədbir çərçivəsində şagirdlərimiz müxtəlif ölkələrin dillərini, mədəniyyətlərini və milli rəqslərini böyük maraq və həvəslə təqdim etdilər. Rəngarəng çıxışlar, musiqi nömrələri və səhnəciklər tədbirə xüsusi ab-hava qataraq iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Şagirdlər müxtəlif dillərin və mədəniyyətlərin dünyamızın zənginliyinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirərək tolerantlıq, dostluq və qarşılıqlı anlaşma kimi dəyərləri ön plana çıxardılar.
Tədbirin sonunda ana dilimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi bir daha vurğulandı. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bu tədbir şagirdlərimizin mədəni müxtəlifliyə hörmət və ana dilinə sevgi ruhunda formalaşmasına mühüm töhfə verdi.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.