XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təşkil olunan “IGCSE Options Afternoon” tədbiri uğurla həyata keçirildi.
Görüş zamanı valideynlər və şagirdlər Cambridge International IGCSE proqramı çərçivəsində fənn seçimi prosesi, akademik istiqamətlər və gələcək universitet perspektivləri barədə ətraflı məlumat əldə etdilər. Təqdimatlar zamanı şagirdlərin maraq və bacarıqlarına uyğun fənn seçiminin əhəmiyyəti vurğulanaraq, bu seçimin gələcək təhsil və karyera planlamasındakı rolu izah olundu.
Tədbir iştirakçıları IGCSE proqramının təqdim etdiyi imkanlar, beynəlxalq standartlara uyğun təhsil modeli və ali təhsil mərhələsinə hazırlıq prosesi haqqında ətraflı məlumatlandırıldılar.
Görüşün sonunda valideynləri maraqlandıran bütün suallar ətraflı şəkildə cavablandırıldı və iştirakçılar fərdi məsləhətlər almaq imkanı əldə etdilər.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.