17 aprel tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Learning Expo 2026” sərgisi uğurla baş tutdu. Tədbir şagirdlərimizin il ərzində əldə etdikləri bilik, bacarıq və yaradıcılıq potensialını nümayiş etdirmələri üçün mühüm platforma rolunu oynadı.
Sərgi çərçivəsində şagirdlər müxtəlif layihələrini təqdim edərək araşdırma, tənqidi düşünmə, problem həll etmə və innovativ yanaşma bacarıqlarını nümayiş etdirdilər. Onlar yalnız öyrəndiklərini paylaşmaqla kifayətlənməyib, həm də ideyalarını reallığa çevirməklə gələcəyə yönəlik baxışlarını ortaya qoydular.
Təqdim olunan layihələr elm, texnologiya, yaradıcılıq və sosial məsuliyyət kimi müxtəlif istiqamətləri əhatə edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Şagirdlərimizin öz təşəbbüsləri və yaradıcı yanaşmaları sərginin ən diqqətçəkən məqamlarından biri oldu.
Elm, yaradıcılıq və komanda ruhunun ön planda olduğu bu günün ən dəyərli tərəfi düşünən, yaradan və daim inkişaf etməyə çalışan gənclərimizi bir arada görmək idi.
“25 il daha yaxşı dünya üçün” şüarı ilə təşkil olunan “Learning Expo 2026” sərgisi iştirakçılar üçün həm maarifləndirici, həm də ilhamverici təcrübə olmaqla yanaşı, şagirdlərimizin gələcək uğurlarına doğru atdıqları mühüm addımlardan biri kimi yadda qaldı.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.