XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət etdi.
Ziyarət zamanı kollektivimiz ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzdü. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil sahəsinin inkişafı və ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlər bir daha minnətdarlıqla xatırlandı.
Kollektiv üzvləri həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla andılar.
Bu ziyarət milli-mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizin irsinə və onların Azərbaycan xalqı qarşısındakı xidmətlərinə göstərilən yüksək hörmətin ifadəsi oldu.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.