24 may tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Edunomika” təhsil layihəsi ilə əməkdaşlıq çərçivəsində artıq beşinci dəfə təşkil olunan “XXI Əsr Bacarıqları” üzrə Məktəblilərarası Olimpiadanın final mərhələsi uğurla keçirildi.
Azərbaycan təhsilində XXI əsr bacarıqlarının inkişafına töhfə verən olimpiadada şagirdlər fərdi və komanda bacarıqları üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış iştirakçılara tənqidi düşüncə, yaradıcı yanaşma, əməkdaşlıq və effektiv ünsiyyət bacarıqlarını tətbiq etmək imkanı yaratdı.
Final mərhələsinin ardından keçirilən təltifetmə mərasimində Mərkəzin Müşahidə Şurasının sədri Fərhad Qaraşov iştirak etdi. Eyni zamanda, iştirakçı məktəblərin direktorları və nümayəndələri də tədbirin qonaqları oldular.
🏆 Komanda bacarıqları üzrə qaliblər
5–6-cı siniflər
🥇 “Teorema Trio” komandası — M. Şəhriyar adına 193 nömrəli tam orta məktəb
🥈 “Simurq” komandası — Bakı Avropa Liseyi
🥉 “Dahilər” komandası — İlyas Əfəndiyev adına Elitar Gimnaziya
7–8-ci siniflər
🥇 “Quantum Stack” komandası — Bakı Avropa Liseyi
🥈 “Elm Dostları” komandası — Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya
🥉 “Brainstormers” komandası — Həbib Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Lisey
XXI əsr bacarıqları — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, ünsiyyət və rəqəmsal savadlılıq — olimpiadanın əsas dəyərlərini təşkil edir. Bütün iştirakçıları, qalibləri və onları bu yolda dəstəkləyən müəllimləri təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.