Facebook Instagram YouTube

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illik yubileyi qeyd olundu

Xəbərlər · 25.05.2026 XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illik yubileyi qeyd olundu

25 may tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin fəaliyyətinin 25 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi. Bu əlamətdar gün münasibətilə valideynlər, şagirdlər, müəllimlər, məzunlar və tərəfdaşlar bir araya gələrək Mərkəzin 25 illik inkişaf və uğur yolunu birlikdə qeyd etdilər.

Ötən illər ərzində minlərlə şagird təhsil həyatına məhz burada başlayıb, yüzlərlə məzun isə qazandığı bilik, bacarıq və dəyərlərlə müstəqil həyata uğurla qədəm qoyub. Mərkəz bu müddət ərzində ölkənin təhsil sistemində özünəməxsus yeri olan nüfuzlu təhsil müəssisələrindən birinə çevrilib.

Yubiley tədbiri rəsmi və bədii hissələrdən ibarət olmaqla təşkil olundu. Tədbirin rəsmi hissəsində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil və ictimaiyyət nümayəndələri iştirak edərək Mərkəzin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr, son 25 ildə əldə etdiyi nailiyyətlər və gələcək perspektivləri barədə dəyərli fikirlərini bölüşdülər.

Bədii hissədə isə müxtəlif musiqi nömrələri, yaradıcı çıxışlar və xüsusi proqramlar təqdim olunaraq tədbir iştirakçılarına unudulmaz anlar yaşadıldı.

Bu özəl gündə bizimlə birlikdə olan hər kəsə təşəkkür edir, 25 il ərzində birlikdə formalaşdırdığımız uğur hekayəsinin gələcək illərdə də davam edəcəyinə inanırıq.

25 ildir birlikdə, xoşbəxt gələcəyə gedən yolda!

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.